Problemli kreditlərə görə kompensasiya alacaq şəxslərin nəzərinə!
14
apr
2019
10:58
Sabah problemli kreditlərlə bağlı kompensasiya alacaq vətəndaşlar barədə məlumatların tam olaraq “pk.fimsa.az” portalına inteqrasiya olunması prosesi yekunlaşacaq.Maliyyə Bazarlarına Nəzarət Palatasından (MBNP) ONA-ya verilən məlumata görə, problemli kreditlərin ödənişləri ilə bağlı yaradılmış pk.fimsa.az portalına daxil olmaqla bütün fiziki şəxslər onlara hesablanmış cəmi kompensasiya məbləği ilə yanaşı, güzəştə görə kompensasiya məbləğinin azaldılan hissəsi, həmçinin restrukturizasiya güzəştinin şamil oluna biləcəyi cari kreditlər barədə ümumiləşdirilmiş məlumatları əldə edə biləcək.Qeyd edək ki, indiyə qədər məlumatların portala inteqrasiyası getdiyindən fiziki şəxslərin bir qismi onlara ödənəcək kompensasiya ödənişi barədə məlumat əldə edə bilməyib. Belə hallarda vətəndaşlara onlar haqqında məlumatların yenilənməsinin getdiyi barədə məlumat verilib.Problemli kreditlərlə bağlı kompensasiya və restrukturizasiya güzəştinin şamil olunacağı cari kreditlərlə bağlı ödənişlərin verilməsinə isə aprelin sonlarından başlanılacaq və may ayının sonuna kimi yekunlaşacaq.BAKU.WS
Oxşar xəbərlər
Problemli kreditlərlə bağlı YENİ PROBLEM - Vətəndaşa məhkəmədən bildiriş gəlib - VİDEO
Xarici valyutda olan problemli kreditlərlə bağlı vətəndaşlara kompensasiyanın veriləcəyi haqqında qərar olsa da, bəzi vətəndaşlara müxtəlif məhkəmələrdən məktub...