Güzəştlər hansı növ kreditlərə aiddir? - VİDEO

Güzəştlər hansı növ kreditlərə aiddir? - VİDEO
Video
Video 2689
Problemli kreditlərlə bağlı dövlətin təqdim edəcəyi güzəştlər hansı növ kreditlərə aiddir? Ekspertlər bildirir ki, burda əsas məsələ onun hansı növə aid olması yox, kreditin həcmi və problemli olmasıdır. Bu isə o deməkdir ki, güzəştlər istehlak, ipoteka və digər kreditlərə də aiddir.Dövlət başçısının problemlı kreditlərlə bağlı imzaladığı fərmana əsasən məzənnə fərqindən yaranan məbləğə ediləcək güzəştlər bütün növ kreditlərə aiddir. İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, fərman ancaq istehlak kreditlərini əhatə etmir.Fərmanda bir çoxları üçün anlaşmaz qalan məqamlardan biri də 10 min dollardan çox krediti olanlara güzəştlərin hansı halda tətbiq ediləcəyidir.Bundan başqa birinci devalvasiyada 10 min dollar və ondan aşağı həcmdə krediti olub, daha sonra dollar kreditini manat kreditinə çevirənlər də güzəştdən faydalana biləcəklər.Vüqar Bayramov onu da bildirir ki, gələn həftə Maliyyə Bazarlarına Nəzarət Palatası vətəndaşların öz kompensasiya məbləğini hesablaması üçün elektron kalkulyator istifadəyə verəcək. Ora daxil olan vətəndaşlar aldıqları kredit barədə məlumatları daxil etməklə nə qədər həcmdə kompensasiya məbləği əldə edəcəklərini müəyyən edə biləcəklər.BAKU.WS

Son xəbərlər