Prezidentdən vətəndaşlara karantin xəbərdarlığı - VİDEO

Prezidentdən vətəndaşlara karantin xəbərdarlığı - VİDEO
Video
Video 3695

"Bəzi adamlar karantin rejiminin yumşaldılmasını karantin rejiminin ləğvi kimi qəbul etdilər. Əfsuslar olsun ki, bəzi adamlar karantin rejiminə əməl etmirlər. Yumşalma tədbirləri yalnız bir məqsədi güdürdü ki, insanların öyrəşdiyi həyat tərzi müəyyən dərəcədə bərpa olunsun".

BAKU.WS xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 7-də Bakıda modul tipli ilk xəstəxana kompleksinin açılışında çıxış edərkən deyib.

Dövlət başçısı bildirib ki, karantin rejimi ən azı mayın 31-nə kimi qüvvədə olacaq:

"Ondan sonra lazım olarsa, uzadılacaq. Ona görə son günlərin mənzərəsi məni çox üzür və narahat edir. Çünki son 2-3 gündə xəstələnənlərin sayı sağalanların sayından çoxdur.

Əgər bu dinamika kəskin artarsa, biz məcbur olub karantin rejimini əvvəlki vəziyyətə gətirəcəyik, vəziyyəti sərtləşdirəcəyik. Qaydaları pozanlara qarşı cəza tədbirləri görüləcək ki, biz daim vəziyyəti nəzarətdə saxlayaq".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər