Prezident kimsəsiz gənclə bağlı göstəriş verdi: "Lazım olsa xarici ölkəyə göndəriləcək" (VİDEO)
07
mar
2019
12:52
Fevralın 5-də və 6-da baş vermiş zəlzələ Şamaxı, İsmayıllı və Ağsu rayonlarında bir sıra fəsadlar törətmişdi. Dövlətimizin başçısının sərəncam və tapşırıqlarına əsasən təbii fəlakətin törətdiyi fəsadlar aradan qaldırılır.BAKU.WS xəbər verir ki, Sərəncamın icrası ilə əlaqədar görülən işlərlə yerində tanış olmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 6-da Ağsu rayonuna səfərə gəlib. Prezident İlham Əliyev tikinti-bərpa işlərinin sürətlə və keyfiyyətlə davam etdirilməsi ilə bağlı tapşırıqlarını verdi. Sonra dövlətimizin başçısı Firdovsi küçəsində Həcər Zamanovanın ailəsi üçün inşa edilən yeni evdə görülən işlərlə tanış oldu. Məlumat verildi ki, dağılmış evin yerində tikilən yeni ev 3 otaqdan ibarət olacaq. Burada normal yaşayış üçün hərtərəfli şərait yaradılacaq. Həcər Zamanova prezidentlə görüş zamanı ondan yetim gənclə bağlı xahiş edib. Qadın bildirib ki, 29 yaşı olan Zamanov Murad Adil oğlunun bir gözü tam görmür, digər gözü isə çox zəifidir. Həcər Zamanova bildirib ki, gənc təcili əməliyyat olunmalıdır. Prezident Həcər Zamanovanın bu xahişinin qeydə alınması və gəncin əməliyyat olunması ilə bağlı tapşırıq verib. İlham Əliyev bildirib ki, lazım gələrsə gənc oğlan müalicə üçün xarici ölkəyə göndəriləcək. ŞahinBAKU.WS
Oxşar xəbərlər
Prezidentin bu sözlərinə görə hər kəs onu alqışladı (VİDEO)
"Mənim işim sizə xidmət etməkdir. Mən öz vəzifəmi bunda görürəm. Prezident kimi həmişə çalışmışam ki, Azərbaycan xalqın ləyaqətlə xidmət edim".BAKU.WS xəbər ver...