Pensiyalarla bağlı ŞAD XƏBƏR - Nə qədər artacağı AÇIQLANDI - VİDEO

"2024-cü ilin yanvar ayından etibarən bütün əmək pensiyaları indeksiyasiya olunaraq artırılacaq".
BAKU.WS xəbər verir ki, bu barədə millət vəkili, iqtisadçı Vüqar Bayramov "ATV xəbər"ə açıqlamasında bildirib:
"İlkin gözlənti ondan ibarətdir ki, pensiyalar təxminən 11 faiz ətrafında indeksiyasiya olunaraq artımlar reallaşacaq. Çünki bu ilin geridə qalan aylarında orta aylıq əməkhaqqı 11.3 faiz artıb. Buna uyğun olaraq da artımlar baş verəcək. Əvvəlki illərdə pensiyası indeksiyasiya olunmayan 100 min vətəndaşımızın da 2024-cü ildə pensiyaları indeksiyasiya olunaraq artırılacaq. Aylıq 425 AZN alan vətəndaşın pensiyası 50 AZN artacaq".
Vüqar Bayramov onu da bildirib ki, pensiya məbləğindən asılı olaraq bu rəqəm dəyişəcək.
Daha çox pensiya alanlarda bu rəqəm yüksək olacaq.
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...
