Paytaxtın bu küçəsindəki binanın zirzəmisindəki problem həll olundu - VİDEO - YENİLƏNİB
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gün əvvəl paytaxtın Xətai rayonu, Məhəmməd Hadi küçəsində yaşayan sakinlərin yaşayış binalarının zirzəmilərində anti-sanitar vəziyyətin hökm sürdüyü ilə bağlı xəbər vermişdik.
"Azərsu" Açıq Səhmdar Cəmiyyəti (ASC) problemə reaksiya verib.
Qurumdan BAKU.WS-ə bildirilib ki, artıq problem öz həllini tapıb:
"Qeyd olunan ərazidə binanın zirzəmisinə toplanan tullantı suları nasos vasitəsilə kənarlaşdırılmışdır.
*** 11.04.2024 10:40
Bakının Xətai rayonu, Məhəmməd Hadi küçəsində yaşayan sakinlər yaşayış binalarının zirzəmilərindən şikayətçidirlər.
BAKU.WS xəbər verir ki, sakinlər dörd yaşayış binasında vəziyyət eyni olduğunu bildiriblər. Kəskin qoxudan və antisanitar vəziyyətdən binaya daxil olmaq mümkün deyil.
Məsələ ilə bağlı ARB-də yayımlanan “Günə Son” verilişində bildirilib.Ətraflı videoda:
Oxşar xəbərlər
Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİR + FOTO/VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...