Özəl çimərliklərdə istirahət neçəyə başa gəlir? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
İsti yay günlərində əhalinin istirahət üçün üz tutduğu məkanlardan biri də çimərliklərdir. Ödənişli və yaxud ödənişsiz, hər kəs istirahətini cibinə görə müəyyyənləşdirir.
Amma özəl çimərliklərə giriş haqqının baha, məhdudiyyətlərin isə sərt olması paytaxt sakinlərinin daha çox pulsuz çimərliklərdə üz tutmasına gətirib çıxarır.
BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, sakinlər ictimai çimərliklərə üstünlük verdiklərini müxtəlif cür izah edirlər.
Özəl çimərliklərdən fərqli olaraq burada sərt qaydalar tətbiq edilmir. Kimi özü ilə samovar gətirir, kimi də yemək-içmək.
Bəs görəsən özəl çimərliklərdə qiymətlər niyə bahadır?
Apardığımız araşdırma zamanı məlum oldu ki, özəl çimərliklərdə giriş haqqı 20-30 manat arasında dəyişir. İstirahətə gələnlər daxili qaydalara riayət etməlidir.
Çimərliyə nəinki yemək-içmək, hətta su gətirməyə belə icazə verilmir. Marketlərdə 40-50 qəpiyə satılan su burada 3 manata təklif edilir.
Qiymətlərin belə olması xidmət səviyyəsinin yüksək olması ilə izah edilir.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...