Ombudsman ermənilərin Gəncə vandalizmi ilə bağlı beynəlxalq təşkilatlara müraciət etdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Ermənistanın Gəncəni atəşə tutması bütün beynəlxalq hüquq normalarına ziddir”.
BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, münaqişələr zamanı mülki əhalinin qorunması ilə bağlı Cenevrə Konvensiyası qəbul edilib:
“Təəssüf ki, Ermənistanın hərbi-siyasi hakimiyyəti hər zaman olduğu kimi, tərəfdar çıxdığı bütün beynəlxalq hüquq normalarına zidd addımlar atır. Bu vəziyyətə söz tapmaq mümkün deyil.
Milli İnsan Hüquqları İnstitutlarının Qlobal Alyansına, onların Avropada yerləşən şəbəkəsinə, Asiya, Avropa Ombudsmanlar İnstitutlarına ermənilərin vəhşilikləri ilə bağlı mütəmadi məlumatlar veririk. Amma, təəssüf ki, dünyada bu terrora münasibətdə ikili standartlar mövcuddur”.
Oxşar xəbərlər
Prezident yerli jurnalistlərə ilin yekunları ilə əlaqədar müsahibə verib - VİDEO (YENİLƏNİB)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. BAKU.WS müsahibəni təqdim e...