Oğuzda su problemi: “Ölən olsa, bir qurtum su yoxdur verməyə” - VİDEO

16
okt
2023
20:01
Oğuzun Sincan kəndinin sakinləri susuzluq problemindən əziyyət çəkirlər.
Kənd sakinlərinin sözlərinə görə, su üçün hər gün 500 metr məsafə qət etməli olurlar.
“Yanıb ölən olsa, bir qurtum su yoxdur. Göyərtini gedib bazardan alırıq. İndi hansı zəmanədir ki, atla, ulaqla su gətiririk?!” - deyə kənd sakini söyləyib.
Oğuz Suvarma Sistemləri İdarəsindən məsələ ilə bağlı bildirilib ki, kənddə subartezian quyusunun tikilməsi nəzərdə tutulub və 15 gün ərzində quyunun qazılmasına başlanılacaq.
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...