İnsan sağlamlığına təhlükə: Turanqa ağacı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yay fəslinin astanasında olduğumuz bir vaxtda Sumqayıtın bəzi prospekt və küçələri ağ örpəyə bürünüb.
Kadrlara baxanlar elə təsəvvür edə bilərlər ki, qar yağır. Bu ağ örpəyi yaradan isə Cənubi Qafqaz qovağı kimi tanınan turanqa ağaclarıdır.
Yaz aylarında bu ağacların tozcuqları astma və allergik xəstəlikləri olanlara mənfi təsir edir.
Məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətindən bildirilib ki, 2019-cu ildə sakinlərin şikayəti ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib.
Ümumi rəyə əsasən, müxtəlif ərazilərdə allergiyaya səbəb olan ağacların bir hissəsi çıxarılaraq şəhərdən kənara aparılıb. Onların yerinə başqa ağaclar əkilib. Şəhər ərazisində az sayda bu cür ağaclar qalıb. Aidiyyəti qurumlarla birgə məsələ müzakirə olunacaq və müvafiq tədbirlər görüləcək.
Daha ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...