Noyerin ayağı sındı, mövsümü vaxtından əvvəl başa vurdu - FOTO

Noyerin ayağı sındı, mövsümü vaxtından əvvəl başa vurdu - FOTO
Foto
Video 148

Almaniya millisinin və "Bavariya" klubunun qapıçısı Manuel Noyer mövsümü vaxtından əvvəl baş vurub.

BAKU.WS xəbər verir ki, 36 yaşlı qolkiper bu barədə şəxsi instaqram hesabında bildirib.

“İlin sonu mütləq daha yaxşı keçə bilərdi. Xizək sürərkən ayağımı sındırdım. Dünənki əməliyyatım yaxşı keçdi, həkimlər çox sağ olsunlar. Ancaq mənim üçün mövsümün bitdiyini anlamaq ağırdır”, - deyə Noyer yazıb.

Qeyd edək ki, Noyer 2011-ci ildən “Bavariya”da çıxış edir. Komandanın tərkibində 488 oyun keçirən futbolçu onların 233-də qapısından top buraxmayıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər