"Neyləməliydim, uşağı yeməliydim? Basdırdım da" - Efirdə QALMAQAL - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Flora adlı xanım illər əvvəl doğum evində öldüyü deyilən uşağının sağ olduğunu iddia edir.
BAKU.WS xəbər verir ki, uşağının tapılması üçün Xəzər TV-nin "Səni axtarıram" proqramına müraciət edib.
Flora xanım deyir ki, ona ölmüş uşaq versələr də, heç bir sənəd təqdim edilməyib. Yəni ölüm haqqında şəhadətnamə verilməyib. Qadın iddia edir ki, onun uşağı ölməyib, sağdır. Ölmüş körpə isə başqasınındır və onun sağ-salamat uşağını ölmüş uşaqla dəyişdiriblər.
Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə bu nüansla bağlı qadına irad tutub:
"Sən kukla basdırmamısan, ölmüş bir uşağı dəfn etmisən. Məgər bu uşaqlar inqubator kimi yetişdirilib öldürülüb?"
Ekspertin bu iradına uşağını axtaran ananın reaksiyası qəribə olub:
"Kəmalə xanım, bu aqresiyadır? Neyləməliydim, uşağı yeməliydim? Basdırmalıydım, basdırdım da. Uşağın meyiti qucağımda sənəd gözləyə bilməzdim".
Oxşar xəbərlər
İcbari tibbi sığorta ilə bağlı əhaliyə VACİB XƏBƏR - SİYAHI AÇIQLANDI
Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdar...