Nazirlikdən Bakıda gecə müşahidə olunan qəribə vəziyyətlə bağlı AÇIQLAMA (VİDEO)
04
iyl
2018
12:36
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya və Milli Monitorinq Departamentlərindən alınan məlumata görə Bakıda və Abşeron yarımadasında uzun müddət davam edən qızmar isti hava şəraiti, eyni zamanda gecə və səhər saatlarında müşahidə olunan normadan yüksək nisbi rütubət havanın durğun keçməsinə səbəb olub.BAKU.WS-in məlumatına görə, iyulun 3-dən 4-nə keçən gecə atmosferin Yer səthinə yaxın olan qatında inversiya müşahidə olunub. Bununla yanaşı “Vaisala” avtomatik hava keyfiyyəti ötürücüsündən əldə edilən monitorinq nəticələrinə əsasən iyulun 4-də gecə saatlarında havada disperstozun miqdarı norma daxilində olub. Buna görə də havada müşahidə olunan dumanın səbəbi meteoroloji şəraitlə bağlıdır. Belə ki, meteoroloji parametrlərdən olan nisbi rütubət isə gecə saat 02:25-dən 05:55-ə qədər 77,8-94,1 faiz intervalında dəyişib (normadan xeyli yüksək). Havada temperaturun səhər saatlarından başlayaraq artması ilə əlaqədar nisbi rütubət azalaraq saat 9:25-də 47,3 faiz olaraq norma daxilinə düşüb. BAKU.WS
Oxşar xəbərlər
Gecə Bakıda hər kəsi təəccübləndirən qəribə hadisə - VİDEO
Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gecə havanın kəskin dumanlı olmasının səbəbini açıqlayıb.Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji təbliğat se...