Nazir: "Devalvasiyadan sonra daha çox qazanacağıq" (VİDEO)

Nazir: Devalvasiyadan sonra daha çox qazanacağıq (VİDEO)
Video
Video 915

 

"Məhsulun maya dəyərinin əmələ gəlməsi çox ciddi məsələdir. Azərbaycanda təsərrüfatların çoxu xırda təsərüfatlardır. 1 hektardan 5 hektara qədər sahəsi olan təsərrüfatlarımız ümumi təsərrüfatların 51%-ə yaxınını təşkil edir. Belə təsərüfatlarda tərəqqi texnologiya tətbiq etmək, maya dəyərini aşağı salmaq, geniş aqrotexniki tədbirlər görmək, bazaralamalar aparmaq olduqca çətinləşir və belə xırda təsərrüfatların maya dəyəri çox yüksək olur".

BAKU.WS-in məlumatına görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov ANS TV-nin "Hesabat" verilişində söyləyib. Nazir bildirib ki, bu məhsulların hansının hansı ilə əvəz olunmasını daha çox bazar diqtə edir. 

"Bir il bundan əvvəl - devalvasiyadan qabaq pambıq 1200 dollara satılırdısa onun qarşılığında 0.80 manat ekvivalenti ilə götürsək 960 manat daxil olurdu. Belə desək bir ton pambıqdan 960 dollar əldə edilirdi. Devalvasiyadan sonra eyni məhsula tələb tamamilə dəyişdi. İndi artıq pambıq yenə 1200 dollara satılsa 1900 manat gəlir gətirəcək. Bununla da həm alış qiymətlərini yüksəltmək, həm bu işin dəyərini ödəmək, həm də məhsulu rentabelli məhsula çevirmək imaknı yaranır. Ona görə də bu situasiyanı nəzərə alaraq, cənab prezident qeyd etdiyim konfransda pambıqçılıq təsərrüfatlarnı yenidən qaytarmaqla bu sahəni artıq devalvasiyadan sonra rentabelli bir sahəyə çevrildiyini qeyd etdi. Biz də bu istiqamətdə cənab prezidentin tapşırığından sonra çox ciddi işlərə başladıq".

H.Əsədov əlavə edib ki, iqtidsadiyyat naziri ilə birgə pambıqçılarla, tədarükçülərlə görüşləri olub: "Dövlət köməyi, kreditlər və eyni zamanda aqrolizinq vasitəsi ilə texnikaların alınması və onlara müxtəlif köməkliklər göstərərək və eləcə də tədarükçülərin pambığın satış qiymətini qaldırmaqla bu sahənin bu il təxminən məhsulunun iki dəfə artırılmasını hədəfləyirik".

BAKU.WS

Son xəbərlər