Naxçıvan şəhərində hərbi yürüş keçirilib - FOTO/VİDEO

Naxçıvan şəhərində hərbi yürüş keçirilib - FOTO/VİDEO
Foto Video
Video 6

Müzəffər Ali Baş Komandan İlham Əliyevin Azərbaycanın Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar Naxçıvan şəhərində hərbi yürüş keçirilib.

Bu barədə BAKU.WS-ə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçularının və Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının iştirakı ilə keçirilən yürüş Naxçıvan şəhərindəki Heydər Əliyev prospektindən başlayıb və müəyyən edilən marşrut üzrə Zəfər parkınadək davam edib.

Hərbi qulluqçularımız və gələcəyin zabitləri yürüşləri ilə Ümummilli lider Heydər Əliyevin xatirəsinə ehtiramlarını və Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xidmət etmək şərəfinin yaratdığı qürur və iftixar hisslərini nümayiş etdiriblər.

Yürüş iştirakçıları hərbi orkestrin müşayiəti ilə hərbi vətənpərvərlik mahnıları, eləcə də marşlar və şüarlar səsləndiriblər.

İzləyənlər tərəfindən hərbi yürüş böyük maraq və alqışlarla qarşılanıb. Sonda Əlahiddə Ümumqoşun Ordunun Nümunəvi Hərbi Orkestrinin konserti olub.

Qeyd edək ki, Əlahiddə Ümumqoşun Orduda cənab İlham Əliyevin Azərbaycan Respublikasının Prezidenti seçilməsinin 20 illiyi ilə əlaqədar keçirilən silsilə tədbirlər davam edir.

***11:54

Əlahiddə Ümumqoşun Ordunun hərbi qulluqçuları və Heydər Əliyev adına Hərbi Liseyin kursantları Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin Prezident seçilməsinin 20 illiyi ilə əlaqədar hərbi yürüş keçirir.

BAKU.WS report-a istinadən xəbər verir ki, hərbi qulluqçular orkestrin müşayiəti ilə Naxçıvan şəhərinin mərkəzi küçələrində hərbi vətənpərvərlik ruhunda marşlar və şüarlar səsləndirirlər.

Yürüş izləyənlər tərəfindən böyük maraqla qarşılanır.

Oxşar xəbərlər

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Prezident əfv sərəncamı imzaladı - SİYAHI

Prezident İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə əfv olunması haqqı...

4279 Siyasət 09:51 08 may 2023

Son xəbərlər