Natəvan Babayeva dəfn edildi - YENİLƏNİB + FOTO/VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ötən gün dünyasını dəyişən tanınmış telejurnalist Natəvan Babayeva doğulduğu Salyan rayonunun Parça Xalac kənd qəbiristanlığında dəfn olunub.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, valideynlərinin məzarı yanında torpağa tapşırılıb.
Dəfn mərasimində mərhum jurnalistin ailə üzvləri, rayon icra hakimiyyətinin rəsmiləri, media və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, bir müddətdir onkoloji xəstəlikdən əziyyət çəkən Natəvan Babayeva ötən gün vəfat edib.
Xatırladaq ki, N.Babayeva 1977-ci ildə Salyan rayonunun Parça Xalac kəndində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTV-də aparıcı işləyib.
Allah rəhmət eləsin!
***09:06
Tanınmış telejurnalist Natəvan Babayevanın nəşi Salyan rayonuna gətirilib.
BAKU.WS report-a istinadən xəbər verir ki, N.Babayeva sabah səhər saatlarında doğulduğu Parça Xalac kənd qəbiristanlığında torpağa tapşırılacaq.
Telejurnalist uzun müddət idi onkoloji xəstəlikdən əziyyət çəkirdi.
Qeyd edək ki, N.Babayeva 1977-ci ildə Salyan rayonunun Parça Xalac kəndində anadan olub. Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən sonra uzun illər ANS-də, 2016-cı ilin sonlarından AzTV-də aparıcı işləyib.
Allah rəhmət eləsin!
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...