Narkotik istifadəçisi olan model ilk dəfə EFİRƏ ÇIXDI - VİDEO

Bir zamanlar Təhminə adı məşhurlaşan azərbaycanlı model Rövşanə Kərimova "Elgizlə izlə" verilişinin qonağı olub.
BAKU.WS xəbər verir ki, narkotik aludəçisi olan və buna görə paytaxtın mərkəzi yerindəki 5 evini satan Rövşanə artıq sağalmaq istədiyini bildirib.
Veriliş zamanı qeyd edilib ki, Təhminə Xarici dillər Universitetinin məzunu olub.
Proqramın aparıcısı Elgiz Əkbər komandası ilə birlikdə Təhminəni əvvəlki vəziyyətinə qaytarmaq üçün əllərindən gələni edəcəyini deyib.
Xatırladaq ki, Təhminənin anası "Elgizlə izlə" verilişinə müraciət edərək onun hazırda narkotik istifadə etdiyini, küçələrdə qalıb dilənçilik etdiyini deyib. Anası bir zamanlar modelin çoxlu evləri olduğunu və hamısını satdığını da bildirib.
Ətraflı videoda:

Oxşar xəbərlər
İlham Əliyev Şuşada Heydər Əliyevin 100 illiyinə həsr olunmuş beynəlxalq konfransda - YENİLƏNİB + FOTO/VİDEO
Mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formal...