"MilliÖN" aparatları edilən ödənişə görə niyə əlavə komissiya tutur? - VİDEO

Hər hansısa banka aylıq kredit ödənişini tam şəkildə getməyinə baxmayaraq, daha sonra həmin bankın əməkdaşı zəng edib deyir ki, əlavə pul ödəməlisən. Səbəbini isə bildirir ki, "MilliÖN" aparatı vasitəsilə edilən bank ödənişlərində müəyyən məbləğdə faiz tutulur.
Bu bankların, yoxsa "MilliÖN" şirkətinin tələbidir?
BAKU.WS-in ATV-yə istinadla məlumatına görə, müəyyən bir banka krediti tam ödəniş etsən də, sonradan məlum olur ki, banka yenə borclu qalmısan.
Həmin borc isə ödədiyin məbləğdən aslı olaraq dəyişir. Hətta bir çox hallarda əlavə faiz vətəndaşın adına gecikmə kimi qeyd olunur.
Məsələ ilə bağlı "MilliÖN" ödəmə terminallarına nəzarəti həyata keçirən "Paşapay MMC"dən bildirilib ki, məsələnin onlarla heç bir əlaqəsi yoxdur. Bu bir sıra banklar tərəfindən edilən təşəbbüsdür və şirkət də bu tələbi icra edir.
Ətraflı süjetdə:

Oxşar xəbərlər
146 avtobus ünvana GECİKİR
Paytaxt yollarında 63 marşrut xətti üzrə gecikmə müşahidə edilir. Vahid Dispetçer Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, paytaxtın müxtəlif ərazilərində...