Milli Məclisin iclası başladı - CANLI YAYIM
Yeniliklərdən dərhal xəbərdar olun
Milli Məclisin payız sessiyasının növbəti iclası başlayıb.
Milli Məclisin iclasında Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentopun sədrlik etdiyi nümayəndə heyəti, türkiyəli deputatlar da iştirak edir.
İclasın gündəliyinə beş məsələ daxildir. Bunlar aşağıdakılardır:
1. Türkiyə Böyük Millət Məclisinin sədri cənab Mustafa Şentopun çıxışı.
2. “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
3. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (ikinci oxunuş).
4. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
5. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında (birinci oxunuş).
Oxşar xəbərlər
Milli Məclisin növbəti iclası başladı
Milli Məclisin payız sessiyasının növbəti plenar iclası başlayıb.BAKU.WS xəbər verir ki, iclasın gündəliyinə 14 məsələ daxil edilib.İclasın gündəliyinə daxil ed...