Məzarlıqdan video paylaşan Xuraman: "Bir-birimizi qırırıq, ətini yeyirik" - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Aktrisa Xuraman Əlizadə sosial şəbəkə paylaşımı ilə diqqət çəkib.
BAKU.WS xəbər verir ki, o, qəbiristanlıqda video çəkərək izləyiciləri ilə bölüşüb.
Əlizadə yayımladığı görüntülərdə məzarlığı nümayiş etdirərək hamının sonunun bura olduğunu qeyd edib. Aktrisa insanları bir-birini sevməyə və mehriban olmağa səsləyib:
"Hər birimizin yolu qəbiristanlıqdan keçəcək. Biz nə edirik? Bir-birimizi qırırıq, ətini yeyirik, birinin sözü o birinin boğazından keçmir, müharibə edirik, təbiətə ziyan vururuq, bacı qardaşla danışmır, ata bala ilə düşməndir, bala anayla düşməndir. Nə etdiyimizi özümüz də bilmirik. Tək bilirik ki, sonumuz buradır. Allah ölümün də xeyirlisindən nəsib etsin. Bir-birimizin qədrini bilək. Dünya heç kimə, Süleymana da qalmayıb. Biz kimik ki? Allah dünyasını dəyişənlərə rəhmət eləsin. Yerdə qalanlara can sağlığı versin".
Ətraflı videoda:
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...