Mətbuat Şurasının üzvü: “Çingiz Abdullayevin davranışı qanunla qadağandır” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Baku TV-nin əməkdaşının Xalq yazıçısı Çingiz Abdullayevə qurultayın təşkil edilməsi üçün xərclənən vəsaitlə bağlı sual ünvanlamasını tərbiyəsizlik adlandırıb.
Media eksperti Müşfiq Ələsgərli sözügedən qalmaqalla əlaqədar Baku TV-yə açıqlamasında qeyd edib ki, müxbirin Ç.Abdullayevə ünvanladığı sual nə qanunlarla, nə etik kodekslə, nə də beynəlxalq konvensiyalarla qadağan deyil.
“Hətta hansısa jurnalist yayılması məqbul olmayan, yaxud həssas yanaşılması lazım olan mövzuda da sual verə bilər. Amma bu o demək deyil ki, qarşı tərəf ona aqressiv və aşağılayıcı formada cavab verməlidir”, - deyə ekspert əlavə edib.
M.Ələsgərlinin sözlərinə görə, Ç.Abdullayevin davranışı jurnalistin fəaliyyətinə mane olmaq, informasiya almaq hüququnu pozmaqdır və qanunla qadağandır.
Oxşar xəbərlər
Baş redaktorlardan Çingiz Abdullayevin təhqirinə cavab: “Xalqın pulu bu yaşlı ziyalıları nə qədər harınladıb?”
Ötən gün Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Yazıçılar Birliyinin üç ildir təxirə salınan XIII Qurultayı baş tutdu. Toplantı əksəriyyəti...