Məşğulluq Agentliyi vətəndaşa xəstə heyvan verib? - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Cəlilabad sakini Dövlət Məşğulluq Agentliyindən narazıdır.
BAKU.WS xəzər xəbər-ə istinadən xəbər verir ki, rayonun Üçtəpə kənd sakininin iddialarına görə, agentlik ona xəstə heyvanlar verib.
Məlumata görə, kənd sakini bir müddət öncə heyvandarlıq sahəsi üzrə özünüməşğulluq proqramına müraciət edib. Müraciətinə cavab gəldikdən sonra o. istəyi üzrə proqrama cəlb olunub. Lakin verilən aktivlər şikayətçini qane etməyib.
Onun sözlərinə görə, təqdim edilən xırdabuynuzlu heyvanlarla təsərrüfat qurmaq mümkün deyil. Səbəb isə qoyunların səkkizinin qoca olmağı, qoçun əvəzinə ona quzu verilməyidir.
Dövlət Məşğulluq Agentliyi isə şikayətçinin iddialarını əsassız hesab edir. Qurumdan bildirilib ki, aktivlər vətəndaşın razılığı ilə verilib.
Daha ətraflı süjetdə:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...