Maskalar yırtıldı, oyun bitdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistanda artıq maskalar yırtılıb. Hər halda, son günlər ərzində ölkədə müşahidə olunan prosesləri, konkret olaraq isə İrəvan elitasının danışıqlar prosesindən imtina edərək revanşist əhval-ruhiyyə ətrafında birləşməsini yanız belə dəyərləndirmək olar.
Bu barədə “Caliber” layihəsinin “YouTube” kanalında yayımlanan yeni süjetdə bildirilir.
Qeyd olunur ki, erməni xəstəliyi Avropa İttifaqı bürokratiyası sıralarına da sirayət edib. Belə ki, Ermənistanın “humanitar yük” şousu fonunda Aİ diplomatiyasının rəhbəri Jozep Borrel Bakının təklif etdiyi Ağdam – Xankəndi yolunun mövcud Laçın yoluna alternativ olmadığını bəyan edib.
Halbuki, qısa müddət öncə Aİ Şurasının prezidenti Şarl Mişel hər iki yolu əhəmiyyətli adlandırıb və Azərbaycanın bu təklifini alqışlayıb.
Daha ətraflı “Caliber”in yeni videomaterialında:
Oxşar xəbərlər
İlham Əliyev Şuşa Qlobal Media Forumunda çıxış edib - YENİLƏNİB + FOTO/VİDEO
İyulun 21-də “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Azərbaycan Res...