Maska taxmayanlar belə cərimələnir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Bu gün paytaxtın müxtəlif yerlərində polis əməkdaşları tərəfindən maska taxmayan vətəndaşlara reydlər keçirilib.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, reyd sərnişindaşımanın çox olduğu yerlərdə, avtodayanacaqlarda və digər ictimai yerlərdə maarifləndirmə məqsədilə keçirilsə də, bəzi vətəndaşlar cərimələnib.
Nizami RPİ-nin rəis müavini Müşfiq Aslanov bildirir ki, reydin əsas məqsədi maarifləndirməkdir. Cərimələnən vətəndaşların sayı da 10 nəfər olub.
Sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq qərar ötən gün qəbul olunub.
Qanuna əməl etməyən fiziki şəxsləri 50, vəzifəli şəxsləri 100, hüquqi şəxsləri isə 200 manat məbləğində cərimə gözləyir.
Oxşar xəbərlər
Bakıda polis maska taxmayanlara qarşı reydlərə başlayıb
Bakıda polis maska taxmayanlara qarşı reydləri gücləndirib. BAKU.WS xəbər verir ki, polis əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq paytaxtda nəqliy...