Makler övladını və həyat yoldaşını itirən qadını aldadaraq 19 min dollarını "atıb" qaçıb
07
okt
2017
13:21
Ev alqı-satqısı ilə məşğul olan Cahandar adlı şəxs, övladını və həyat yoldaşını itirən Nazilə xanımı ev satmaq adı ilə aldadaraq 19 min dollarını alıb. BAKU.WS-in məlumatına görə, bunları Lider TV-də yayımlanan "Çıxış yolu" verilişinə müraciət edən qadının özü məlumat verib. Hadisə ilə bağlı zərərçəkən şəxs Binəqədi rayon polis idarəsinə məlumat verib. 2 ildir baş verənlərin öz həllini tapmaması, qadının verilişə müraciət etməsinə səbəb olub. Zərərçəkən qadın onu aldadan şəxsin adının Cahandar olduğunu və oğlunun adının Tural olduğunu deyir. Cahandar adlı şəxslə əlaqə saxlamaq mümkün olmasada, veriliş əməkdaşları Tural adlı şəxslə əlaqə saxlayıb. Tural adlı şəxs, atası ilə əlaqəsi olmadığını, atasının Gürcüstanda olduğunu bildirib. Hazırda Nazilə xanım öz yaxınının yanında, həyətdəki beton döşəməsi, daş və setkadan ibarət olan tikilinə yaşayır. Həmin sujeti sizlərə təqdim edirik.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda kişi keçmiş həyat yoldaşını ölümcül şəkildə döydü (FOTO)
Azərbaycanda kişi keçmiş həyat yoldaşını ölümcül şəkildə döyüb. BAKU.WS-in məlumatına görə, 6 il evli olan Nigar Fərəcullayev və Tural Məmmədov yola getmədiklər...