İlham Mirzəyevin bu sözünə görə “Space TV”yə XƏBƏRDARLIQ EDİLDİ - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib.
BAKU.WS xəbər verir ki, buna səbəb televiziya kanalının efirində qanun pozuntusunun aşkarlanması olub.
Bu barədə Audiovizual Şuradan bildirilib ki, “Space TV”nin efirində oktyabrın 4-də “Yaxşıya doğru” proqramının yayımı zamanı (saat 12:19-da) proqramın aparıcısı proqramın aparıcısı (İlham Mirzəyev-red.) hüquq-mühafizə orqanları tərəfindən şübhəli şəxs qismində istintaqa cəlb edilmiş vətəndaş barədə “... cinayətkardır...” ifadəsini işlətmişdir ki, bununla da, "Media haqqında" Azərbaycan Respublikasının Qanununun 14.1.14-cü maddəsinin tələbi (məhkəmənin qərarı olmadan şəxsin təqsirli olması barədə məlumatların dərc edilməsinə (yayımlanmasına) yol verilməməlidir) pozulub.
Aparılan müzakirələrdən sonra Azərbaycan Respublikası Audiovizual Şurası “Space Müstəqil Televiziya və Radio Şirkəti” MMC-yə bir daha belə halın təkrarlanacağı təqdirdə inzibati sanksiya tətbiq ediləcəyi ilə bağlı xəbərdarlıq etmişdir.
Oxşar xəbərlər
Audiovizual Şura “Space TV”yə xəbərdarlıq edib
Oktyabrın 9-da Audiovizual Şuranın onlayn formatda iclası keçirilib. İclasda Şuranın Audiovizual proqramların monitorinqi və təhlili şöbəsinin mütəmadi həyata k...