İlham Əliyevin tapşırığına uyğun olaraq növbəti yardım təyyarəsi Türkiyəyə yola salındı - VİDEO

İlham Əliyevin tapşırığına uyğun olaraq növbəti yardım təyyarəsi Türkiyəyə yola salındı - VİDEO
Foto Video
Video 157

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması məqsədilə Fövqəladə Hallar Nazirliyinin yardımlarından ibarət növbəti təyyarə qardaş ölkəyə yola düşüb.

BAKU.WS xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanından Türkiyənin Adana şəhərinə istiqamət alan təyyarə ilə dağıntılardan ziyan çəkmiş insanların yerləşdirilməsi üçün çadırlar, adyal və qızdırıcılar, habelə mobil səhra hospitalı üçün üç ədəd konteyner yola salınıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər