İlham Əliyev alman telekanalının qərəzli suallarına necə cavab verdi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev Almaniyanın ARD telekanalına müsahibə verib.
Müsahibə zamanı jurnalistin bir sıra qərəzli, qeyri-dəqiq, bəzən də yalana əsaslanan suallar verdi. Amma belə yanaşma İ.Əliyevi çətin vəziyyətə qoymadı və o, verilən suallara dəqiq cavablar verdi.
“Biz orada, bu ərazidə olduqda bizdə bir sual ortaya çıxdı. Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır?” sualının cavabında Prezident İlham Əliyev “Elzas-Lotaringiya sizin üçün önəmlidir? Bavariya sizin üçün önəmlidir? Yaxud Reyn-Vestfaliya? Bu, bizim torpaqdır, bizim beynəlxalq səviyyədə tanınan ərazimizdir” cavabını verib.
Həmçinin Bakıda Türkiyə əsgərlərini gördüyünü qeyd edən jurnalistə Prezident burada - Bakıda hətta alman əsgərlərini görə biləcəyini də bildirib və bunun cəbhədəki vəziyyətlə heç bir əlaqəsinin olmadığını qeyd edib.
Öz növbəsində, dövlət başçısı alman jurnalisti özlərini demokratiyanın mərkəzi kimi aparan Avropadan danışmağa dəvət edib:
“Gəlin özlərini guya demokratmış kimi aparanlardan danışaq. Biz özümüzü elə aparmırıq. Siz “sarı jiletlilərin” etirazlarında neçə nəfərin qətlə yetirildiyini bilirsinizmi? Bilirsiniz, 10-dan çox adam qətlə yetirilib. Biz sizin Avropada etirazçıları necə döydüyünüzə baxırıq, siz onları atlarla döyürsünüz, itləri gətirirsiniz və bu, demokratiya hesab olunur”.
Oxşar xəbərlər
Prezident İlham Əliyevin Almaniyanın ARD televiziya kanalına müsahibəsi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 28-də Almaniyanın ARD televiziya kanalına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. - Sentyab...