Lavrov: “Ukrayna məsələsində Türkiyə ilə mövqeyimiz üst-üstə düşmür” - VİDEO

Lavrov: “Ukrayna məsələsində Türkiyə ilə mövqeyimiz üst-üstə düşmür” - VİDEO
Video
Video 191

“Türkiyə ilə müntəzəm və etibarlı siyasi dialoqumuz var”.

BAKU.WS-in məlumatına görə, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə görüşü zamanı çıxışında bildirib.

Lavrov türkiyəli həmkarı ilə görüşün əsas mövzusunun Ukrayna olduğunu bildirib: “Əgər xarici siyasət mövzusundan danışsaq, onda bu gün bizim üçün əsas mövzu Ukraynadır, oradakı vəziyyətin tezliklə nizamlanmasıdır. Sirr deyil ki, bizim Ukrayna məsələsində mövqeyimiz üst-üstə düşmür. Lakin biz Türkiyənin tutduğu mövqeyi qiymətləndiririk və böyük hörmətlə yanaşırıq. Türkiyə hazırkı böhranda öhdəsinə düşənləri yerinə yetirməyə çalışır”.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər