Kür çayı quruyur - VİDEO
Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi xeyli azalıb, hətta həyətyanı sahələrdə su quyuları quruyub.
BAKU.WS “Report”a istinadən xəbər verir ki, 10 gün ərzində Kür çayında suyun səviyyəsi 1-1,5 metr aşağı düşüb.
Artıq Kürdə də Kürlük qalmayıb. O vahiməli, coşub-daşan Kürə baxdıqda gölməçələr və kiçik adalar görünür. Vəziyyətin belə həddə olması su nasoslarına da öz təsirini göstərib.
Demək olar ki, su nasosları indiki halda tam gücü ilə işləmir. Bu da Kürun suyundan suvarma üçün istifadə olunan rayonların ərazisində məhsuldarlığı aşağı salıb.
Çayda suyun səviyyəsinin həddən artıq aşağı düşməsi su quyularına da təsirsiz ötüşməyib. Hətta həyətlərdə qazılmış su quyuları da quruyub.
Mütəxəssislərin fikrincə, Mingəçevir Su Anbarında suyun tənzimlənməsi problemi həll olunmayınca vəziyyət kritik olaraq qalacaq.
Oxşar xəbərlər
Azərbaycandakı su qıtlığının səbəbi nədir?
Son günlər Kür çayında su səviyyəsinin azalması və buna dair yayılmış fotolar sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Könüllülər həyəcan siqnalı çalar...