Küçələrdə gecələyən qadın şəxsi mənzil istəyir - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Sosial şəbəkələrdə yaşlı bir qadının naməlum şəxslər tərəfindən artıq 1 həftədən çoxdur ki, Nərimanov rayonu ərazisində olan evlərdən birinin qarşısına qoyulduğu barədə məlumat yayılıb.
BAKU.WS xəbər verir ki, acınacaqlı vəziyyətdə olan qadına kömək etmək, baş verənləri yerində aydınlaşdırmaq məqsədi ilə BAKU.TV-nin əməkdaşları hadisə yerinə gediblər. Kim, hansı səbəbdən bu qadını küçəyə atıb?
Əsgərzadə Məlahət Məmmədhəsən qızı şəkər xəstəsi olduğunu, ayağının birinin işləmədiyini və müalicəyə ehtiyacı olduğunu desə də ona yaxınlaşıb köməklik etmək istədiklərini bildirdikdə çəkiliş qrupunu və ətrafda yaşayan sakinləri təhqir edib.
Gərgin keçən söhbət əsnasında məlum olub ki, oğlu və gəlini qadınla yola getmədiyindən Ramanı qəsəbəsində, Şuşa şəhərciyində yerləşən evindən bir neçə ay öncə çıxıb. İddia edir ki, Əlikram adlı oğlu onunla maraqlanmır, heç axtarmır da.
Buna baxmayaraq Məlahət xanım ona uzanan yardım əllərini geri çevirir, sığınacağa yerləşmək istəmədiyini deyir. Ancaq bir tələbi var - mənzil. Qadın yaşamaq üçün ayrıca mənzil istəyir.
Yaxınlıqda yaşayan sakinlər iddia edirlər ki, qadını avtomobillə naməlum şəxslər gətirib əraziyə düşürür.
Çəkiliş vaxtı Nərimanov rayon polis idarəsinin 18-ci polis bölməsinin əməkdaşları da əraziyə yaxınlaşdı. Bildirdilər ki, qadınla dəfələrlə profilaktik danışıqlar aparılıb, müvəqqəti yaşayışı üçün sığınacaqlara yerləşdirilib.
Amma qadın bir neçə gün sonra sığınacaqdakıları təhqir edib və oradan ayrılaraq yenidən küçələrdə qalmağa davam edib.
Daha ətraflı videoda:
Oxşar xəbərlər
Prezident İlham Əliyev xalqa müraciət edib - VİDEO
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciət edib. BAKU.WS müraciəti təqdim edir. Prezident İlham Əliyevin xalqa müraciəti - Əziz həmvətənl...