İsrail əsgərləri türk fəalı öldürüb
Yeniliklərdən dərhal xəbərdar olun
İordan çayının qərb sahilində İsrail əsgərləri tərəfindən başından güllə ilə vurulan Ayşenur Ezgi Eygi adlı 26 yaşlı türkiyəli fəal həyatını itirib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, Eygi Nablus yaxınlığındakı Beyta qəsəbəsində yürüş edərkən güllələnib.
Məlumata görə, ABŞ vətəndaşlığı da olan Eygi başından güllə yarası alaraq xəstəxanaya aparılıb.
Nablusdakı Rəfidiyə Dövlət Xəstəxanasının direktoru Fuad Nafia başından güllə yarası alaraq xəstəxanaya gətirilən Eygi bütün müdaxilələrə baxmayaraq xilas edə bilmədiklərini bildirib.
Qeyd edək ki, Ezgi Eygi 1998-ci ildə Antalyada anadan olub və Fələstinli fermerlərin müdafiəsi kampaniyası çərçivəsində Beynəlxalq Həmrəylik Hərəkatında (İSM) könüllü olaraq işləyirdi. Eygi Fələstində İsrail qüvvələri tərəfindən öldürülən üçüncü İSM könüllüsü olub. 2003-cü ildə Rachel Corrie və 2004-cü ildə Tom Hurndall Qəzzada İsrail ordusu tərəfindən öldürülüb.
Oxşar xəbərlər
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib
Xırdalan dairəsi yaxınlığındakı açıq lük problemi həll edilib. BAKU.WS-in qurumdan əldə etdiyi məlumata görə, həmin ünvanda yağış suyu barmaqlığı qısa müddətdə...