Hulusi Akar və həmkarları Ukrayna üçün Almaniyada toplaşdı - FOTO/VİDEO

Hulusi Akar və həmkarları Ukrayna üçün Almaniyada toplaşdı - FOTO/VİDEO
Foto Video
Video 56

Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar 30-a yaxın ölkənin müdafiə nazirlərinin qatıldığı “Ukrayna üzrə Müdafiə və Təhlükəsizlik Məşvərət Qrupunun iclası”nda iştirak etmək üçün Almaniyaya gedib.

BAKU.WS xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Akar Almaniyada ukraynalı həmkarı Oleksiy Reznikov ilə görüşüb və digər həmkarları Yunanıstanın müdafiə naziri Nikolaos Panaqiotopoulosla ayaqüstü söhbət edib.

Qeyd edək ki, hazırda 30-a yaxın ölkənin müdafiə nazirləri Ukrayna ətrafındakı durumu müzakirə etmək üçün Almaniyadadırlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər