Hərbçilərimiz "Dəniz kuboku"nda iştirakını davam etdirir - VİDEO

Hərbçilərimiz Dəniz kubokunda iştirakını davam etdirir - VİDEO
Foto Video
Video 69

“Beynəlxalq Ordu Oyunları - 2020” yarışları çərçivəsində Azərbaycan ərazi sularında keçirilən “Dəniz kuboku” müsabiqəsi davam edir.

BAKU.WS Müdafə Nazirliyininn Mətbuat Xidmətinə istinadən xəbər verir ki, müsabiqə dövründə komandalar “Üzən minaya artilleriya atışı”, “Kiçik ölçülü dəniz hədəfi üzrə artilleriya atışı” və “Təlim məşq kompleksində suyun daxil olmasına qarşı mübarizə” çalışmaları üzrə bacarıq və vərdişlərini nümayiş etdirərək tapşırıqlar icra edib.

Keçirilən 3 mərhələnin yekun nəticəsinə görə beynəlxalq hakimlər briqadasının qərarına əsasən Azərbaycan və Rusiya komandaları bərabər bal toplayıblar.

“Dəniz kuboku” müsabiqəsi sentyabrın 5-dək davam edəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər