Hər iki ayağını itirmiş qazi Heydər Əliyev zirvəsinə qalxıb - VİDEO

Hər iki ayağını itirmiş qazi Heydər Əliyev zirvəsinə qalxıb - VİDEO
Video
Video 129

Vətən müharibəsində hər iki ayağını itirmiş qazimiz Polad Rzayev Heydər Əliyev zirvəsinə qalxıb.

BAKU.WS xəbər verir ki, o, bu barədə öz sosial şəbəkə hesabında paylaşım edib.

Qazi bildirib ki, o, 1-ci Qarabağ müharibəsi şəhidinin övladı, 44 günlük Vətən müharibəsində hər iki ayağını itirmiş qazi kimi Heydər Əliyev Zirvəsini fəth edib və bu fəthi şəhidlərimizin xatirəsinə həsr edib:

“Mən bütün qazi qardaşlarımızı öz ürəyimdə bura gətirmişəm və Heydər Əliyev zirvəsindən qazi qardaşlarımın adından Azərbaycan xalqına və eyni zamanda bütün dünyaya səslənirəm. Bizlər – Azərbaycanın igid oğulları bütün zirvələri fəth etmək üçün nəinki canımızdan, həyatımızdan belə keçməyə hazırıq. Bunun üçün cənab Ali Baş Komandanın bir əmri yetər. Yaşasın sərhədləri bütöv Azərbaycan! Yaşasın cənab Ali Baş Komandan!”.

Qeyd edək ki, Polad Rzayev Birinci Qarabağ müharibəsində Şuşadan çıxmayaraq şəhid olmuş Tofiq Oğuzun oğludur.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər