Hacı Nuran: "Həkimlər müalicələrə görə ailə qurmağa icazə vermirdilər" - VİDEO
23
may
2024
16:10
Aparıcı Hacı Nuran Hüseynov ötən il evlənəcəyi ilə bağlı yayılan xəbərlərdən danışıb.
BAKU.WS xəbər verir ki, o "Maqazin plus" verilişinə açıqlamasında hələ evlənməyəcəyini bildirib:
"Hara tələsirsiniz? Hələ vaxta var. Allah hər bir insanın öz vaxtını tənzimləyir. Nəyəsə tələssək də, hər kəsin öz vaxtı var. Mən artıq 10 ilə yaxındır ki, xərçəng xəstəliyindən əziyyət çəkirdim. İndi də müalicə alıram. Həkimlər müalicələrə görə ailə qurmağa icazə vermirdilər. Lakin indi illər keçib artıq. Yenə də həkimlərin nəzarətindəyəm. Bu səbəbdən də hər şeyin öz vaxtı var".
Oxşar xəbərlər
Bakıda beynəlxalq forum keçirilib: Prezident tədbirdə iştirak edib - YENİLƏNİB - FOTO
Aprelin 23-də ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib. BAKU.WS xəbər verir ki, Azərbaycan Respublikasın...