Hacıbala Abutalıbov şikayətçilərin qarşısına çıxdı - bu sözlərinə görə alqışladılar (VİDEO)
Şəxsi maşınlarıyla yük daşıyan sürücülər cərimələrə görə etiraz ediblər.
BAKU.WS xəbər verir ki, yük daşıyan maşınların sürücüləri oktyabrın 26-dan etibarən Bakının mərkəzi ünvanlarına daxil olanda radara düşürlər və nəticədə 40 manat cərimələnirlər.
Baş nazirin müavini Hacıbala Abutalıbov aksiyaçılarla görüşərək, problemi həll etməyə çalışıb:
"Bu yük maşınları şəhərə girir. Abid Şərifov tərəfindən protokol var idi ki, saat 8-dən 22-yə kimi yük maşınları şəhərə girə bilməz. Müəyyən hissəsinə icazə verilib, müəyyən hissəsinə yox. Bu ayrıseçkilikdir. Bunlara bu ayın 26-na qədər heç bir protokol yazılmırdı. Oktyabrın 26-dan sonra başlayıblar protokol yazmağa. Bunu kim yazıb? İndi öyrən de də dəqiq. Xahiş edirəm, çünki camaatın içindəyəm".
Hacıbala Abutalıbovun "Qabağınızda ağ çörək yeyib, qara çörəyi yeyənləri düşünmürsüz!" sözləri narazı sürücülərin alqışları ilə qarşılanıb. Baş nazirin müavini cərimələrin dərhal dayandırılmasını tələb edib:
"Mən sizə deyirəm! Dayandırın yığılan pulları! Mən deyirəm, dayandırın. Ümumi qərar qəbul edək ondan sonra! Elə olmasın ki, mən deyəndən sonra protokollardan başlayaq yığmağa. Nə qədər edir mən verirəm. Amma daha camaatı narazı salmayın. Əvvəl camaata danışaq, deyək ki, budur. Bundan başqa bu olmayacaq".
AbbasBAKU.WSOxşar xəbərlər
Hacıbala Abutalıbov Bakıda yaranan təhlükədən danışdı: "Gərginlik azalmayıb" - VİDEO
Xaricdən gələn mütəxəssislər Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində araşdırmalara başlayıblar. Yaponiyalı mütəxəssisləri hadisə...