Hacıbala Abutalıbov Bakıda yaranan təhlükədən danışdı: "Gərginlik azalmayıb" - VİDEO
16
okt
2018
08:43
Xaricdən gələn mütəxəssislər Badamdar-20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə sahəsində araşdırmalara başlayıblar. Yaponiyalı mütəxəssisləri hadisə yerində baş nazirin müavini Hacıbala Abutalıbov müşayiət edib.Aparılan müşahidələr zamanı məlum olub ki, yuxarı hissədə olan sürüşən təbəqə hələ yola qədər gəlib çıxmayıb. Ancaq həmin ərazidə olan yaşayış evləri üçün təhlükə var.Hacıbala Abutalıbov isə bildirib ki, ərazidə sürüşmə davam edir, gərginlik azalmayıb.Həmin ərazidə olan 11 evin divarlarına mayaklar qoyulub. 8 evin divarındakı çatlar isə böyüyüb.Hacıbala Abutalıbov sürüşmə ərazisindəki evlərin aqibəti barədə də danışıb.Bu vaxta qədər sürüşmə baş verən ərazidəki 6 quyudan suyun çəkilməsinə başlanılıb. Nəticədə suyun səviyyəsi 232 metrdən 64 metrə enib.Hacıbala Abutalıbov qeyd edib ki, nasosların fəaliyyəti dayansa, yenidən suyun səviyyəsi qalxacaq.Sürüşmə baş verən ərazinin yaxınlığında yerləşən beşmərtəbəli yaşayış binasının aşağı hissəsində olan istinad divarlarında da çatlar əmələ gəlib.Baş nazirin müavini deyib ki, həmin bina sürüşmə zonasından kənarda olduğu üçün təhlükə yoxdur, amma sakinlərə xəbərdarlıq edilib. İstənilən halda mütəxəssislərin araşdırmasından sonra burada hər hansısa hadisənin baş verib-verməyəcəyini onlar deyəcəklər.Hacıbala Abutalıbov onu da bildirib ki, ötən gün Xəzər dənizində baş verən 2,7 bal gücündə zəlzələnin də sürüşməyə təsiri olub.Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:BAKU.WS
Oxşar xəbərlər
Hacıbala Abutalıbov: Badamdardakı sürüşmə zonasındakı yaşayış evləri söküləcək
“Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasındakı yaşayış evləri söküləcək. Bu, vacibdir. Evlər sökülməli, ağırlıq or...