Hacıbala Abutalıbov: Badamdardakı sürüşmə zonasındakı yaşayış evləri söküləcək
15
okt
2018
17:11
“Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasındakı yaşayış evləri söküləcək. Bu, vacibdir. Evlər sökülməli, ağırlıq oradan götürülməlidir ki, gərginlik müəyyən qədər azalsın”.BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Baş nazirin müavini Hacıbala Abutalıbov deyib.H.Abutalıbov qeyd edib ki, söküntü işləri indi aparıla bilməz, çünki hazırda əraziyə hər hansı müdaxilə yolverilməzdirBaş nazirin müavini bildirib ki, sürüşmə ərazisində araşdırılma aparılmalıdır, öyrənilməlidir, sonra nəticəyə gəlmək olar: “Qərara gəlinib ki, ərazidəki quyuların suyu analiz edilsin. Analizlərin nəticəsi oktyabrın 16-da bizə təqdim ediləcək. Bu, bizə kömək olacaq”.Qeyd edək ki, sürüşmə prosesinin gedişatına nəzarətin gücləndirilməsi, mütəmadi müşahidələrin mərkəziləşdirilmiş qaydada təşkili məqsədi ilə qərargah yaradılıb.BAKU.WS
Oxşar xəbərlər
Baş nazirin müavini: “Sürüşmə zonasının yaxınlığındakı yaşayış binasının sakinlərinə xəbərdarlıq edilib”
“Bakının Badamdar qəsəbəsi, 20-ci sahə avtomobil yolunun sağ kənarındakı sürüşmə zonasının yaxınlığında yaşayış binası var. Həmin binaya təhlükə yoxdur, amma sa...