“Haber Global” Əli Əsədovun Ankara səfərindən reportaj hazırladı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Baş nazir Əli Əsədov Türkiyəyə səfəri çərçivəsində ilk olaraq ölkənin mərkəzində Anıtqəbiri ziyarət edib. Atatürkün məzarı önünə əklil qoyan Ə.Əsədov şəhidlərin ruhunu bir dəqiqəlik sükutla anıb.
“Haber Global” məlumat verir ki, bundan sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ə.Əsədovu Prezident iqamətgahında qəbul edib.
Mətbuata qapalı keçirilən görüşdə Türkiyə prezidentinin köməkçisi Fuad Oktay da iştirak edib.
Görüşdə Dağlıq Qarabağ və ətraf rayonlarda yaşananlar, görüləsi tədbirlərlə bağlı müzakirələr aparılıb.
Sonradan F.Oktay Ə.Əsədovla təkbətək görüşüb. Ə.Əsədov həm Vətən müharibəsi zamanı, həm də peyvəndlə əlaqəli dəstəyə görə qardaş ölkəyə təşəkkür ünvanlayıb. F.Oktay Türkiyənin həmişə Azərbaycana dəstək göstərəcəyini vurğulayıb.
Görüşdə əsas müzakirə mövzusu iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi olub.
Oxşar xəbərlər
Bir qrup hərbçi “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edildi
Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında...