Güclü yağış Xaçmazda fəsadlar törədib - VİDEO

Güclü yağış Xaçmazda fəsadlar törədib - VİDEO
Video
Video 187

Xaçmaz rayonu ərazisinə yağan güclü leysan yağışı nəticəsində bir sıra fəsadlar yaranıb.

BAKU.WS Baku TV-yə istinadla xəbər verir ki, rayon mərkəzi də daxil olmaqla yaşayış məntəqələrində fərdi yaşayış evlərinin həyət və zirzəmilərini su basıb. Elektrik təsərrüfatına ziyan dəyib.

Bu səbəbdən də rayonda elektrik enerjisinin verilişində`məhdudiyyət olub.

Yağan yağışla əlaqədar olaraq, rayonun fövqəladə hallar komissiyasına 800-ə yaxın müraciət olunub. Komissiyanın sədri Bəxtiyar Osmanov bildirib ki, hazırda mütəxəssislərin iştirakı ilə evlərə baxış keçirilir. İlkin olaraq leysan yağışlarının 300-ə yaxın evə zərər vurduğu məlum olub.

B. Osmanov əlavə edib ki, fəsadların aradan qaldırılması istiqamətində işlər görülür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Son xəbərlər