Güclü külək Goranboyda ağacları aşırdı, kəndlər işıqsız qaldı - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Güclü külək Goranboyda bir sıra fəsadlar törədib.
BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, dünən günün ikinci yarısından şiddətlənən külək iri gövdəli ağacı Məmməd Məhərrəmov küçəsi, 14 ünvanında yerləşən və qəzalı vəziyyətdə olan ikimərtəbəli binanın üzərinə aşırıb.
Hadisə nəticəsində xəsarət alan olmayıb. Lakin binanın ikinci mərtəbəsində sakinlərdən birinə məxsus olan mənzilin eyvanına ciddi ziyan dəyib.
Bununla yanaşı, elektrik və telefon xətləri sıradan çıxıb.
Gecə saatlarında isə külək nəhəng qovaq ağacını aşırıb. Nəticədə, rayonun elektrik təsərrüfatına ziyan dəyib. Boluslu və bir neçə digər kənddə elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Bundan əlavə, iri ağaclar sınaraq Goranboy-Naftalan yolunun Balakürd kəndindən keçən hissəsinə düşüb. Aidiyyətli qurumlar əraziyə cəlb olunaraq yolu bağlayan ağacları və budaqları təmizləyib. Avtomobillərin hərəkətində hər hansı çətinlik yaşanmayıb.
Oxşar xəbərlər
Prezident nazir Sahil Babayevi qəbul edib
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevi qəbul edib. BAKU.WS xəbər verir ki, ölkəmizdə həyata...