Gölməçələrə qərq olan yaşayış massivi - VİDEO

Gölməçələrə qərq olan yaşayış massivi - VİDEO
Video
Video 175

İlk baxışdan bura baxımsız qalan, ucqar bir kənddəki küçəyə bənzəyir.

BAKU.WS BAKU.TV-yə istinadən xəbər verir ki, baxımsız qalmağı doğrudur, ancaq məkan heç də ucqar deyil. Bura Xəzər rayonu, Binə qəsəbəsidir.

Daha dəqiq desək, qəsəbənin Bakovtamat yolu deyilən yaşayış massivi.

Bura yaşayış massivi demək də çətindir. Yolları keçilmir, zirzəmilər isə su, çirkab içində üzür. Yəni bir insanın yaşamaması üçün ideal yerdir.

“Burada kanalizasiya xətti olmadığından yağan yağıntılar evlərin zirzəmisinə, həyətinə və küçələrə yığılır. Bu səbəbdən də evlər bax gördüyünüz kimi bu vəziyyətə, acınacaqlı bir günə qalır”, - sakin şikayət edir.

“Şikayət edirik, baxan yoxdur. 6 nəfərlik ailəyik. Uşaqlarımın hamısı revmatizm xəstəsidir”, - digər bir sakin öz şikayətini bildirir.

Sakinlərin sözlərinə görə, dəfələrlə aidiyyətli qurum rəhbərinin qəbuluna düşmək istəsələr də, bu, mümkün olmayıb.

Bu dəfə elə biz də, sakinlərlə bərabər Xəzər rayon icra hakimiyyətinə yollandıq. Uzun çəkən müzakirələrdən sonra sakinlərin bir neçəsi icra hakimiyyətinin başçısı ilə görüşə bildi.

Görüşdən çıxan sakinlər bildirdi ki, icra başçısı onlara məsələnin tezliklə həll olunacağı sözünü verdi.

Hər halda ümid edirik ki, verilən vədlər, yalnız vəd olaraq qalmaz.

Əks təqdirdə bu insanlar, bu şəraitdə nə qədər yaşaya bilərlər, demək çətindir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər