“Gənclik Mall”da şərti yanğın söndürülüb - FOTO/VİDEO

“Gənclik Mall”da şərti yanğın söndürülüb - FOTO/VİDEO
Foto Video
Video 67

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti və Dövlət Yanğından Mühafizə xidmətlərinin təşkilatçılığı ilə “Gənclik Mall” ticarət mərkəzində “Fövqəladə hallar zamanı davranış qaydaları və təxliyə” mövzusunda təlim keçirilib.

Bu barədə BAKU.WS-ə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, FHN-in müvafiq canlı qüvvə və texnikasının cəlb edildiyi təlimin keçirilməsində məqsəd “Gənclik Mall” ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğın zamanı davranış qaydalarının aşılanması, habelə belə obyektlərdə mümkün yanğınlar zamanı yanğından mühafizə bölmələrinin fəaliyyətinin daha da təkmilləşdirilməsi olub.

Təlimin nəzəri hissəsində FHN-in əməkdaşları ticarət mərkəzinin kollektivinə fövqəladə hallar, o cümlədən yanğınlar zamanı zəruri davranış qaydaları, təxliyə tədbirləri barədə ətraflı məlumat veriblər. Həmçinin, tədbir iştirakçılarına ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib, suallar cavablandırılıb.

Təlimin praktiki hissəsində şərti yanğınla əlaqədar “Həyəcan” siqnalı verildikdən sonra Dövlət Yanğından Mühafizə Xidməti Nərimanov rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri operativ qaydada hadisə yerinə çataraq, “yanğınla mübarizə” tədbirlərinə başlayıblar. Şərti yanğın baş vermiş ticarət mərkəzində təxliyə planına uyğun olaraq işçilərin təhlükəsiz yerə təxliyəsi həyata keçirilib, şərti xəsarət almış şəxslərə “ilkin yardım göstərilib”, “yanğın qısa müddətdə söndürülüb”.

Oxşar xəbərlər

"Real Madrid"i son anda Arda xilas etdi

"Real Madrid"i son anda Arda xilas etdi

İspaniya Kral Kubokunun yarımfinal mərhələsinin cavab oyununda Madrid "Real"ı "Real Sosyedad"ı qəbul edib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada əsas va...

280 İdman 10:53 02 aprel 2025

Son xəbərlər