Gəncəyə dəhşətli düşmən hücumu yaralıların dili ilə... - VİDEO
17
okt
2020
10:03
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Ermənistan silahlı qüvvələrinin Gəncəyə atdığı raket şəhərin digər yaşayış massivi olan Cavad Xan qəsəbəsinə düşüb.
BAKU.TV-nin hadisə yerinə ezam olunmuş əməkdaşının verdiyi məlumata görə, nəticədə beşə yaxın ev dağıdılıb.
İlkin məlumata görə, ikinci raketin atıldığı ərazidə yaralılar var. Evlər tamamilə dağılıb. Avtomobillər dağıntıların altında qalaraq yararsız hala düşüb. Raketin düşdüyü binaların yaxınlığındakı tikililər də ciddi ziyan görüb.
Hazırda axtarış-xilasetmə və dəyən ziyanın dəqiqləşdirilməsi istiqamətində iş aparılır.
Oxşar xəbərlər
Hikmət Hacıyev “Russia Today Arabic”ə müsahibə verib - VİDEO
Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Russia Today Arabic”...