Gəncədə universitet yataqxanasında yanğının səbəbi açıqlanıb - YENİLƏNİB - VİDEO

Gəncədə universitet yataqxanasında yanğının səbəbi açıqlanıb - YENİLƏNİB - VİDEO
Video
Video 455

Bu gün səhər saatlarında Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Gəncə şəhəri, Ozan küçəsində yerləşən Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxana binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN-dən BAKU.WS-ə verilən xəbərə görə, məlumatla əlaqədar dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri cəlb edilib.

Yanğın nəticəsində yataqxana binasının yeddinci mərtəbəsinin dəhlizində olan 1 ədəd divan və 1 ədəd kreslo yanıb.

Hadisə ilə əlaqədar FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən həyata keçirilmiş operativ araşdırmalarla yanğının, ilkin ehtimala görə, tələbələrin təhlükəsizlik qaydalarını pozaraq xüsusi ayrılmış yerdə deyil, yataqxananın dəhlizində siqaret çəkmələri səbəbindən baş verdiyi müəyyən edilib.

Hadisə ilə əlaqədar araşdırmalar davam etdirilir.

***11:32

Azərbaycan Dövlət Aqrar Universitetinin yataqxanasında yanğın baş verib.

Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.

Məlumata görə, yanğın yataqxananın yeddinci mərtəbəsində baş verib.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.

Həmin videonu təqdim edirik:

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər