Gəncə terrorunun ikinci günü - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Gəncə terrorunun ikinci günündə qərb paytaxtımız yenə dünyanın diqqət mərkəzindədir.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata görə, ərazinin dağıntılardan təmizlənməsinə başlanılıb.
Bundan əlavə əcnəbi media qurumları yenə hadisə yerindədir və erməni terrorunun dünya ictimaiyyətinə çatdırılması istiqamətində reportajlarını davam etdirirlər.
Erməni vəhşiliyi ilə yerində tanış olmaq üçün Gəncə şəhərinə xarici ölkələrin Azərbaycandakı səfirliklərinin hərbi attaşeləri də gələcək.
Məlumat üçün bildirək ki, Erməni Silahlı Qüvvələrinin Gəncə şəhərinə raket zərbəsi nəticəsində 9 dinc sakin dünyasını dəyişib, 30-dan artıq şəxs yaralanıb.
Qalereya
Oxşar xəbərlər
Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasını keçirib - VİDEO (YENİLƏNİB)
İyulun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının y...