Gəncə terrorunda dağılan evlər, yarım qalan həyatlar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Yıxılan evlər, məhv olan ailələr, yarım qalan həyatlar, arzular, xəyallar.
2020-ci ilin 4, 5, 8, 11 və 17 oktyabr tarixləri Azərbaycan xalqının tarixinə qanla yazılan gecələr oldu. Hələ də o gecələrin dəhşətindən ayıla bilməyən, terror qurbanı olan doğmalarının nişanələrini sanki bu dağıntılar altında axtaran insanlar var.
Gəncə terrorunda zərər çəkən Amin Əsgərovun sözlərinə görə, qırx mərasiminə qədər ailə üzvlərinin həlak olduğundan xəbəri olmayıb.
“İlk olaraq babamın şəhid olduğu xəbərini aldım. Sonra şübhələnməyə başladım ki, digərləri necə oldu. Dedilər ki, onlar komadadırlar. Qorxmağa başladım ki, onlara da nəsə olar. Amma bilmirdim ki, onların hamısı yerindəcə şəhid olub”, - deyə A. Əsgərov əlavə edib.
Doğmalarını itirənlər arasında Vüsal Xəlilov da var. 11 oktyabr raket hücumu zamanı həm özü, həm də qardaşı döyüş bölgəsində olub. Analarının şəhid olması xəbərini də cəbhədə alıblar.
Daha ətraflı BAKU.TV-nin süjetində:
Oxşar xəbərlər
İlham Əliyevin beynəlxalq konfransın iştirakçıları ilə görüşü keçirilib - YENİLƏNİB - VİDEO
Aprelin 29-da ADA Universitetində “Cənubi Qafqaz: İnkişaf və əməkdaşlıq” mövzusunda beynəlxalq konfrans keçirilib. BAKU.WS AZƏRTAC-a istinadən xəbər verir ki, A...