Gəncə sakinlərinin transformator problemi - Rəsmi açıqlama - VİDEO

Gəncə sakinlərinin transformator problemi - Rəsmi açıqlama - VİDEO
Foto Video
Video 40

Gəncə şəhərinin Kəpəz rayonunda, Heydər Əliyev küçəsi 77.77/1 və Şah İsmayıl 52 ünvanında yaşayan sakinlər narazıdırlar.

Bu barədə BAKU.WS-in "qaynar xətti"nə məlumat daxil olub.

İddialara görə, buna səbəb ünvanda sakinlər tərəfindən alınaraq quraşdırılan transformatordur:

"Üç binanın sakinləri birləşərək transformator almışıq. Daha sonra Azərişıq bildirib ki, transformator onların balansındadır və beləcə ətrafdakı obyektlərə də buradan elektrik paylayıblar. Bizim aldığımız transformatorla başqalarına işıq verilməsin. Çünki belədə transformatora həddindən artıq yük düşür, yanğın baş verə bilər".

Məsələ ilə bağlı Azərişıq ASC-yə müraciət ünvanladıq.

Qurumdan BAKU.WS-in sorğusuna cavab olaraq bildirildi ki, iddialar əsassızdır:

"Transformator sakinlərin hesabına alınmayıb və Azərişıq ASC, quruma elektrik enerjisi üçün müraciət edən hər bir abonentə elektrik xətti çəkməlidir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər