Fuad Hüseynəliyev: “Ümid edirəm ki, ermənilər öz səhvlərini tez anlayacaqlar” - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
“Ümid edirəm ki, ermənilər öz səhvlərini tez anlayacaqlar. Son təxribatçı addımlarının nə qədər yanlış olduğunu başa düşəcəklər”.
Bu sözləri “Report” İnformasiya Agentliyinin direktoru Fuad Hüseynəliyev CBC telekanalının efirində sərhəddə yaşanan son erməni təxribatını şərh edərkən bildirib.
"Biz artıq bir neçə dəfə qeyd etmişik ki, Avropa İttifaqı missiyasının Ermənistan - Azərbayan sərhəddinə cəlb edilməsi İrəvanın belə təxribatları üçün bəhanə ola bilər. Bir daha əmin olduq ki, Azərbaycan qədər heç kim bu bölgədə sülh üçün çalışmır. Xarici qüvvələrin regiona cəlb edilməsinə baxmayaraq, bu Ermənistanın danışıqlar prosesində konstruktiv mövqe tutmasına heç də müsbət təsir göstərmir", - Fuad Hüseynəliyev qeyd edib.
Agentlik rəhbəri vurğulayıb ki, sülh olmadan Ermənistanın inkişafı mümkün deyil.
Oxşar xəbərlər
İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib - YENİLƏNİB - VİDEO - FOTO
Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli televiziya kanallarına müsahibə verib. BAKU.WS müsahibəni təqdim edir. Azərbaycan Televi...